Moruq qədim dərman vasitələrindəndir.
Hit.az xəbər verir ki, moruq bağırsaqların təmizlənməsinə kömək edir, o öd və sidikqovucu təsirə malikdir.
Mədə şirəsinin turşuluğu çox olanda, mədə-bağırsağın işini tənzimləmək üçün yarpaqlarının çayından istifadə edilir.
Moruğun müalicə əhəmiyyətini rəsmi təbabət də qəbul edir.
Şəkərli diabetin, aterosklerozun, qanazlığının müalicəsində istifadə edilir.
Moruq xüsusilə, ürəyin ritmi pozulanda və başqa ürək xəstəliklərində məsləhətdir.
Moruq yüksək təzyiqi və qanda xolestirinin səviyyəsini aşağı salır, aterosklerozun qabağını alır və müalicə edir.
Moruq meyvələrinin və yarpaqlarının, itburnu meyvələrinin və tozağacının yarpaqlarının bərabər nisbətdə dəmlənmiş çayı ürək-damar sistemi xəstəliklərində ümumi möhkəmləndirici vasitə kimi təsir göstərir.
Moruq çayı qadınlar üçün də faydalıdır. Aybaşıqabağı və aybaşı dövründə xoşagəlməz simptomları aradan qaldırmaq üçün əla vasitədir.
Sevinc