İsti yay günlərində insanların bir qismi sərinləmək üçün dənizə üz tutur.
Ancaq bəzi həkimlər uşaqların dənizə aparılmasını, dənizdə olmasını məqbul hesab etmir.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, yay aylarında uşaqların hovuzda çimməsi, dənizdə əylənməsi ən çox sevdikləri məqamlardan biridir. Lakin allergiyası olan uşaqlarda bu əyləncə müəyyən problemlər yaradır:
“Uşaqlar həssas təbəqəyə aid edildiyi üçün bu özünü qabarıq biruzə verə bilər. Uşağa allergic-astma diaqnozu qoyulubsa, bu daha təhlükəli ola bilər. Allergiyalı xəstələrin isə günəş altında qalması daha təhlükəlidir. Bu zaman xəstəlik alovlana bilər. Allergiyası olan uşaqların dənizdə üzməsinin bir çox faydaları var. Allergik-astma, allergik dermatit, eqzeması olan xəstələrin hamısı dənizdə üzə bilər. Dənizin duzlu suyu uşaqların ağciyərləri, bronxları üçün olduqca faydalıdır. Dənizli suda üzmək daha yaxşıdır, nəinki xlorlu hövuzlardan istifadə”.
Sevinc