İşini-gücünü buraxıb, Günəşi təqib etməyə başladı

SAĞLAMLIQ
21:07 / 16.07.2025
49

"Twitter"ın qurucusu Cek Dorsey internet tələb etməyən mesaj tətbiqindən sonra indi yeni bir tətbiq üzərində işləyir. Amma bu dəfə məqsədi tamamilə fərqlidir: Günəşi təqib etmək!

HİT.az xəbər verir ki, "Twitter"ın qurucusu və şirkətin bir növ qazanc əldə edə bilməməsinin başlıca məsuliyyətli kimi xatırlanan keçmiş CEO-su Cek Dorsey sosial şəbəkəni 44 milyard dollara İlon Maska satdıqdan sonra yeni təşəbbüslərlə tez-tez qarşımıza çıxır. Və indi də Cek Dorsey "Sun Day" adlı tətbiqi təqdim edib. Tətbiq UV indeksi və dəri tipinizə görə günəş altında nə qədər qala biləcəyinizi və gündəlik D vitamini səviyyənizi izləyir. Yəni Dorsey hazırda sağlamlıq tətbiqi üzərində işləyir.

Əslində bu mövzu Dorseyin şəxsi maraq dairəsinə də daxildir, çünki "Twitter"dakı CEO otağında saatlarla meditasiya etdiyi, anti-ageing üçün müxtəlif üsul və rituaları sınaqdan keçirdiyi məlumdur. Bu vərdişləri evdə deyil, iş yerində etdiyinə görə səhmdarlar tərəfindən kəskin tənqid olunurdu. Hətta bir müddət səhmdarlar qərar qəbul edib Dorseyi "Twitter" idarəçiliyindən çıxartmışdılar. Amma onun yerinə gələn CEO işləri daha da pisləşdirəndə, Dorseyə yenidən CEO vəzifəsi təklif edilmişdi.

"Sun Day" hal-hazırda yalnız iOS üçün "TestFlight" vasitəsilə beta versiyada təqdim olunur; tətbiqin mənbə kodu da "GitHub"da açıq şəkildə paylaşılıb. İstifadəçilər yer mövqeyinə görə yerli UV indeksini, bulud örtüyünü, günəşin doğma və batma vaxtlarını görə bilirlər. Dəri tipini və üzərindəki geyim səviyyəsini seçdikdən sonra tətbiq günəş altında nə qədər müddət təhlükəsiz qala biləcəyinizi hesablayır.

"UV məruz qalma" sessiyası başladılanda, tətbiq gün ərzində qazandığınız təxmini D vitamini miqdarını da göstərərək gündəlik dozanı izləməyə kömək edir.

Digər tərəfdən bu məlumatı da verək: Aldığınız D vitamini miqdarını yalnız günəşə nə qədər məruz qaldığınızı hesablayaraq ölçmək yanıldıcı ola bilər. Çünki D vitamini üçün:

* Günəş şüalarının dəriyə dəyməsi,
* Eyni zamanda əmələ gələn tərin dəridən silinməməsi lazımdır.

Məsələn:
* Kostyumla günəş altında qalmaqla,
* Qısaqollu, hətta çiyinləri açıq köynək və şortla, hətta mayoyla günəşə məruz qalmaq,
* Və ya "tərlədim" deyib duş qəbul etmək

D vitamini miqdarını birbaşa təsir edir. Ona görə də bu cür tətbiqləri şüursuz istifadə etmək səhv hesablamağa səbəb ola bilər.

Samir

0