Diqqət! Bədəndə toplanaraq ağciyər xərçənginə səbəb ola bilır

SAĞLAMLIQ
19:34 / 17.07.2025
57

Hava yolu ilə daxil olan mikroplastiklər bədəndə toplanaraq ağciyər xərçənginə səbəb ola bilər. Bəs hava yolu ilə daxil olan mikroplastiklər ən çox haralarda tapılır? Mikroplastiklər bədənə başqa nələrdən keçir? 

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin Qazi Universitetinin Tibb Fakültəsi Tibbi Onkologiya İxtisası Tədris müəllimi Prof. Dr. Uğur Coşkun xəbərdarlıq edib.

Uğur Coşkun sintetik geyimlərdəki mikroplastik təhlükəsi barədə danışıb. O, vurğulayıb ki, sintetik geyimlərdəki mikroplastiklər ağciyər xərçəngi riskini artıra bilər. Mütəxəssis gündəlik həyatda geniş yayılmış mənbələri qeyd edərək deyib:

"Sintetik geyimlər, içməli su, plastik məhsullar, qablaşdırma, plastik bağlama qabları, avtomobil şinləri və qadınların istifadə etdiyi kosmetika məhsulları kimi çoxsaylı məhsullar mikroplastik ehtiva edir. Hava yolu ilə daxil olan bu hissəciklər bədəndə toplanaraq ağciyər xərçənginə səbəb ola bilər".

Coşkun Vyana Tibb Universitetində nəşr olunan yeni bir araşdırmaya istinad edib:

"Journal of Hazardous Materials" jurnalında dərc edilən bu tədqiqat göstərdi ki, ətraf mühitdə yayılmış polistirol mikro/nanoplastiklər sağlam ağciyər hüceyrələrində xərçəngəbənzər dəyişikliklər yaradır. Laboratoriyada sağlam insan ağciyər hüceyrələri nanoplastiklərə məruz qoyulduqda DNƏ zədəsi, oksidativ stress və şiş yaranmasına kömək edən siqnal yolları aktivləşir. Bu dəyişikliklər hüceyrələrin normal quruluşunun pozulduğunu və zamanla xərçəngə çevrilə biləcəyini göstərir".

Coşkun mikroplastiklərin əsas mənbələrini açıqlayıb: 

Hava yolu ilə: Sintetik geyimlər, xalça, pərdə, yastıq liflərindən ayrılan hissəciklər nəfəs yolu ilə ağciyərlərə çatır.

Digər yollar: 

* İçməli su və plastik şüşələr
* Çirklənmiş dənizlərdən hazırlanan duz
* Emal edilmiş qablaşdırılmış qidalar
* Kosmetika məhsulları (dermabrazion kremləri, diş pastaları)
* Plastik mətbəx ləvazimatları (istiyə məruz qaldıqda törəmə artır)

O, aşağıdakı tədbirləri tövsiyə edib:

* Sintetik əvəzinə pambıq geyimləri seçin
* Tək istifadəli plastikdən imtina edin
* Plastik su butulkalarını şüşə ilə əvəz edin
* Hava keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görün
* Plastik tullantıları nizamlı şəkildə idarə edin

"Mikroplastiklərə qarşı fərdi və ictimai səviyyədə təcili tədbirlər lazımdır. Bu tədqiqatlar riskin real olduğunu sübut edir", deyə Prof. Dr. Coşkun qeyd edib.

Samir
 

0