Elm jurnalı "Nature"dakı tədqiqata görə, yoxsulluq kimi sosial bərabərsizliklər və demokratik müəssisələrin süqutu kimi siyasi problemlər tez qocalmaya səbəb olur.
HİT.az xəbər verir ki, həm sosial bərabərsizliklər, həm də demokratik müəssisələrin süqutu insanların qidalanma pozğunluğuna, sağlamlıq və qayğı xidmətlərindən istifadə edə bilməməsinə gətirib çıxarır.
Digər qocalma amilləri arasında bunlar göstərilir: Yüksək təzyiq (hipertansiya), eşitmə pozğunluğu, ürək xəstəliyi, piylənmə (obezite), spirtli içkilər, yuxu problemləri, şəkərli diabet (diabet) və görmə pozğunluğu.
Ən sürətli qocalmanın Misir və Cənubi Afrikada, ən yavaş qocalmanın isə Avropada olduğu bildirilir.
Mütəxəssislər bildiriblər ki, insanı tez qocalmaqdan qoruyan ən mühüm amillərdən biri təhsildir. Şüurlanma təmin edən təhsil insanın özünə daha yaxşı qulluq etməsinin və sağlamlıq xidmətlərindən faydalanmasının yolunu açır.
Bundan əlavə, gündəlik həyat fəaliyyətlərini yerinə yetirə bilmək bacarığı, sağlam idrak qabiliyyətləri (bilişsel bacarıqlar), yaxşı yaddaş, fiziki fəaliyyət və yaxşı yerimək bacarığı da tez qocalmaqdan qoruyur.
Samir