Günəş eynəyi seçərkən nəyə diqqət edilməlidir? - Həkim məsləhəti

SAĞLAMLIQ
18:33 / 17.07.2025
59

Günəşli yay günlərində eynəkləri bizim üçün əsas aksessuarlardan birinə çevrilir. Belə ki, qızmar yay günəşinin şualarından gözləri qorumaq üçün gün eynəklərindən istifadə vacibdir. 

Bu gün eynəkləri nəinki optik mağazalarda, istənilən supermarketdə, adi ərzaq dükanlarında, yol kənarlarında almaq mümkündür. Qiymətlər isə müxtəlifdir. 

Göz həkimi Elçin Əsədov Hit.az-a deyib ki, yalnız gözəllik üçün eynək almaq doğru deyil: 

"Gün eynəyi seçərkən 3 məsələyə diqqət edilməlidir. Birincisi, eynək orijinal marka olmalıdır. Hansı ki, qeyd etdiyimiz kimi, bu gün satışda brend markaların adını daşıyan saxta eynəklər çoxdur. 

İkinci bir tərəfdən, gün eynəyi gözləri günəşin ultrabənövşəyi şüalarından qorumalıdır. Adi mağazalarda, bəzən elə optik mağazaların özündə satılan eynəklərin böyük əksəriyyəti plastmasdan ibarət olur. Hansı ki, bu plastmaslar gözümüzü qorumaq əvəzinə, əksinə, ultrabənövşəyi şüaları gözümüzün ön və arxa hissəsinə ötürür və gözdə fəsadlara səbəb ola bilir. 

Üçüncüsü, eynək yalnız orijinal şüşədən ibarət olmalıdır və buna diqqət edilməlidir".

Sevinc

0