Həddindən artıq istilər ən çox bu şəxslərə təsir edir

SAĞLAMLIQ
12:32 / 18.07.2025
58

İstilik dalğası bütün dünyanı əhatə edib. Mütəxəssislər 65 yaşdan yuxarı şəxslərin, xroniki xəstəliyi olanların, uşaqların və hamilə qadınların isti havadan daha çox təsirləndiyini vurğulayır və vacib xəbərdarlıqlar edir. Bəs istidən qorunmaq üçün nələrə diqqət etmək lazımdır? 

HİT.az xəbər verir ki, Türkiyəin Bilecik rayon sağlamlıq müdiri Dr. Ferhat Damkacı bildirib ki, yay aylarında artan istilik və rütubət bir çox sağlamlıq problemini də özü ilə gətirir: "İstilik vurması və oxşar hallar ən çox tək yaşayan 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunur. Bundan əlavə, artıq çəki, xroniki xəstəliklər və bəzi dərmanların qəbulu da riski artırır".

O, xüsusilə yaşlıların, uşaqların, xroniki xəstəliyi olanların və açıq havada işləyənlərin isti havalarda daha diqqətli olması barədə xəbərdarlıq edir. Havanın istiləşməsi ilə bədən istiliyinin də yüksəldiyini və bədənin bu vəziyyətə tərləmə yolu ilə uyğunlaşmağa çalışdığını bildirən Damkacı sözlərinə belə davam edib:

"Lakin həddindən artıq istilərdə sadəcə tərləməklə bədən istiliyini tarazlamaq həmişə mümkün olmur. Bu vəziyyət xüsusilə yaşlılar, dörd yaşdan kiçik uşaqlar, hamilələr, xroniki xəstəliyi olanlar və qayğıya ehtiyacı olan şəxslər üçün ciddi risklər yarada bilər. Bundan əlavə, artıq çəki, ürək xəstəlikləri, yüksək hərarət, həddindən artıq maye itkisi, spirtli içkilər və narkotik maddə istifadəsi kimi amillər də bədənin istini tarazlama qabiliyyətinə mənfi təsir göstərir. İstilik vurması və oxşar hallar ən çox tək yaşayan 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunur. Bundan əlavə, artıq çəki, xroniki xəstəliklər və bəzi dərmanların qəbulu da riski artırır. Xüsusilə küçədə yaşamaq məcburiyyətində qalanlar və evsiz şəxslər bu risk qrupunun başında gəlir".

Dr. Ferhat Damkacı isti havalarda sağlamlığın qorunması üçün alınması lazım olan tədbirləri belə sıralayıb:

Çıxma saatları: Məcbur qalmadıqca günün ən isti saatları olan 10:00-16:00 arasında küçəyə çıxılmamalıdır.
Geyim: Çıxmaq məcburi olduqda açıq rəngli, bol və pambıq paltarlar üstünlük verilməlidir. Papaq və günəş eynəyi istifadə edilməlidir.
Yaşayış məkanı: Bağlı məkanlar tez-tez havalandırılmalıdır. Günəş şüası düşən pəncərələr pərdə və ya günəşliklərlə kölgələndirilməlidir.
Soyuq su ilə soyutma: Bədən istiliyini aşağı salmaq üçün tez-tez duş qəbul edilməli və ya ən azı üz, əl, ənsə və ayaqlar soyuq su ilə soyudulmalıdır.
Maye qəbulu: Qidalanmada xüsusilə maye qəbuluna diqqət yetirilməlidir. Susuzluq hissi olmasa belə, hər gün ən az 2-2.5 litr su içilməlidir.
İçkilər: Kofeinli və qazlı içkilərdən uzaq durulmalıdır. Onların yerinə su, ayran, təzə meyvə şirəsi kimi içkilər üstünlük verilməlidir.
Qida: Ağır, yağlı və qızardılmış yeməklərdən çəkinilməlidir. Tərəvəz, meyvə və yüngül qidalarla qidalanılmalıdır.
Gigiyena: Küçədə və açıqda satılan qidaların istehlakından çəkinilməlidir. Gigiyena qaydalarına riayət edilməlidir.
Risk qruplarının izlənməsi: Xüsusilə xroniki xəstəliyi olanlar və tək yaşayan yaşlı şəxslərin bu dövrdə daha yaxından izlənməsi vacibdir.
Mütəxəssislər vurğulayır: İsti havaların təsirlərindən qorunmaq üçün şəxslərin şüurlu hərəkət etməsi böyük əhəmiyyət kəsb edir.

Samir
 

0