Gün vuran şəxsə yardım edilməsə, ölə bilər

SAĞLAMLIQ
22:54 / 21.07.2025
38

Son günlər Azərbaycanda kəskin isti hava müşahidə edilir.

Havaların belə isti olması insanlara da təsirsiz ötüşmür.

Yüksək temperaturlu hava şəraiti xüsusilə meteohəssas insanlar üçün təhlükəli, riskli ola bilər. 

İnsanlar isti havanın təsirindən qorunmaq üçün nələr etməlidir?

Həkim, professor Adil Qeybulla Hit.az-a deyib ki, uzun müddət istidə qalmamaq lazımdır: 

“İsti havada düzgün paltar geyinmək olduqca vacibdir, bəzən paltarın materialı və rənginin düzgün seçilməsi kondisionerdən daha az istifadə ilə nəticələnir. Bu, uzunmüddətli perspektivdə enerjiyə qənaət etmək baxımından labüd hesab edilir. Əksər insanlar yayda ağ paltar geyinməyə üstünlük verirlər. Onu da deyim ki, gün vurma, həm də isti vurma zamanı qan təzyiqi düşür, bayılmalar ola bilər, soyuq tər axır və sairə ola bilər. Bütün bunlar baş verməsin deyə sərin yerdə olmaq, günəş altında uzun müddət dayanmamaq məsləhətdir. Əgər belə bir hal baş veribsə, dərhal həmin şəxsi sərin yerə keçirtmək, baş hissəsinə soyuq dəsmal qoymaq, bədən temperaturunu saldırmaq və həkim çağırmaq lazımdır. İsti vurma və gün vurma halı ölümlə də nəticələnə bilər. İnsan həddən artıq isti yerdə çox qalıbsa, onun orqanizminin dözümü ilə yanaşı xəstəliklərindən və ürək fəaliyyətindən asılı olaraq digər ağırlaşmalar ola bilər. Bu hallar gün vurmaya da aiddir”.

Sevinc
 

0