Qarğıdalı saçağının bilinməyən faydaları

SAĞLAMLIQ
23:34 / 22.07.2025
52

Qarğıdalı saçağı zəngin tərkibi, faydalı xüsusiyyətləri ilə bir çox dərdlərin təbii dərmanıdır.

Hit.az xəbər verir ki,  xalq təbabətində qarğıdalı saçağından çox qədim zamanlardan istifadə olunub.

Qarğıdalı saçağının antibakterial və iltihab əleyhinə güclü təsiri sayəsində böyrək xəstəlikləri zamanı spazmaları və ağrıları götürür, orqanizmdən sidiyin xaric olmasında yaranan problemləri aradan qaldırır.

Qarğıdalı saşağından müntəzəm istifadə edildikdə o qanda şəkəri tənzimləyir, həmçinin xolesterenin səviyyəsini aşağı salır.

Stresslə mübarizə üçün qarğıdalı saçağı ən yaxşı təbii vasitələrdən biridir. 

O sinir gərginliyini, zehni və fiziki yorğunluğu aradan qaldıraraq, sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.

Sevinc

0