Yayda necə arıqlamaq olar?

SAĞLAMLIQ
17:25 / 23.07.2025
56

İsti havalar maddələr mübadiləsini sürətləndirir. Bədən sərinləmək üçün daha çox enerji sərf edir. Dietoloqlar hesab edir ki, yayda arıqlamaq daha rahatdır. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yayda yüngül yeməklərə, salatlara üstünlük verilməlidir: 

"Həddindən artıq istehlak edilən hər hansı qida çəki artımına səbəb ola bilər. İnsanların yayda arıqlamaq üçün etdiyi ən böyük səhvlərdən biri odur ki, yayda daha çox ac qalırlar. Yay fəslində insanların iştahı olmur deyə ac qalırlar. Ancaq bu düzgün deyil. Ac qaldığımız zaman isə biz piy əritmək yerinə əzələmizdən itiririk. Çünkü Allahın bizim üçün qoyduğu həyatda qalmaq mexanizması var. 

Biz ac qaldığımız zaman bədənimizdən siqnallar ifraz olunur. Orqanizm bizim dietada olduğumuzu başa düşmür. Buna görə də uzun müddətli aclıqdan ölməmək üçün o öz piylərini bacardığı qədər qoruyub saxlayır. Bununla yanaşı, yayda çoxlu adi su içilməlidir".

Sevinc
 

0