Yay fəslinin ən vazgeçilməz qidalarından biri də dondurmadır.
Lakin mütəxəsislər hər dondurmanın istehlak edilməsini məqbul hesab etmir.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, dondurmadan bruselyoz xəstəliyinin yayılma halları az deyil:
"Süd yaxşı pasterizə olunmalıdır, yalnız bundan sonra ondan dondurma hazırlanmalıdır. Təəssüflər olsun ki, bu texnologiya pozulub, gigenik qaydalar gözlənilmir. Donmuş süddə də bu bakteriyalar təsir effektini saxlayır. İstəlinən zaman patoloji proses yarada bilirlər. Bu səbəbdən dondurma alarkən diqqətli olmaq lazımdır".
Sevinc