Əvvəllər yeni doğulan uşaq sıx bələnərdi. Ancaq indi bunun düzgün olmadığı iddia olunur.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqları sıx bələmək düzgün deyil:
"Sıx bələmək bud -çanaq çıxığına meyli artırır. Həmçinin, bədən temperaturunu yüksəldir, bədəndə müxtəlif səpgilər yaranmasına səbəb olur. Bir çox valideynlər düşünürlər ki, onlar körpəni sıx, möhkəm şəkildə bələsələr gələcəkdə onun ayaqları, onurğası duz olacaq. Qolların sarılması körpələrdə görülən Moro refleksi deyilən sıçrayış tərzindəki hərəkətləri azaltdığı üçün diksinərək, tez oyanmağı da maneə törədir və yuxu keyfiyyətini artırır. Nəticədə uşaq daha az ağlayır. Yaxşı olar ki, körpələr sadəcə yatarkən boş bələnməli, gündüz saatlarında isə sadəcə uşaq paltarlarının geyindirilməsi kifayətdir".
Sevinc