Kosmetik məhsullarda da istifadə olunan şaftalı suyu faydası

SAĞLAMLIQ
21:57 / 24.07.2025
74

Yay aylarının gəlişi ilə piştaxtaları bəzəməyə başlayan şaftalı həm dadı, həm də faydası ilə sevilən və istehlak edilən meyvələrdəndir. 

Hit.az xəbər verir ki, sevə-sevə istehlak etdiyimiz bu meyvə həm qabığında, həm şirəsində, həm də çəyirdəyində müxtəlif növ faydalı elementləri birləşdirir.

Şaftalı kiçik və zərif bir meyvə olsa da, C vitamininin güclü mənbəyidir. Orta ölçülü bir şaftalıda yetkin bir insanın gündəlik ehtiyacı olan C vitamininin təxminən 11%-i var.

Vitamin antioksidant təsiri olan bir vitamin olaraq, immunitet sisteminə verdiyi töhfə ilə tanınır.

Bədəndəki sağalma proseslərini dəstəkləyərək, immunitet sistemini qorumağa kömək edir.

Onun antioksidan xüsusiyyəti bədəndəki sərbəst radikalları azaldaraq, xərçəng risqini azaltmağa kömək edir.

Şaftalı meyvəsi qabığı ilə birlikdə istehlak edildikdə güclü lif mənbəyidir. 

Lif həzm sisteminin səmərəli fəaliyyətinə töhfə versə də, çəki saxlamaq, qan şəkəri səviyyələrini balanslaşdırmaq və dolayı yolla ürək-damar sağlamlığını dəstəkləmək kimi rollara malikdir.

Tərkibindəki yüksək lif sayəsində uzun müddət toxluq hissini təmin edir.

Şaftalı suyu bir çox kosmetik məhsullarda istifadə olunan bir materialdır. 

C vitamini sayəsində bədəndə kollagenin sintezini dəstəkləyən şaftalı suyu dərinin qırışlarının və qurumasının qarşısını ala bilər.

Sevinc

0