Zeytun yağını hansı sağlam yağ əvəz edə bilər? - Alimlər açıqladı

SAĞLAMLIQ
19:45 / 25.07.2025
68

Çində “şərq zeytun yağı” adlandırılan kameliya yağı orqanizmdə iltihabı və arterial təzyiqi azalda, həmçinin bağırsaq mikroflorasının tərkibini yaxşılaşdıra bilər. 

HİT.az xəbər verir ki bu qənaətə Uhan Politexnik Universitetinin alimləri gəliblər. Elmi icmal "Food Research International" ("FRI") jurnalında dərc olunub.

Tədqiqatçılar həm kulinariyada, həm də kosmetikada ənənəvi olaraq istifadə edilən Camellia oleifera bitkisinin toxumlarından əldə edilən yağın tərkibini və təsir mexanizmlərini təhlil ediblər. Nəticələr göstərib ki, bu məhsul tərkibinə görə olein turşusu başda olmaqla monodoymamış yağ turşuları, polifenollar, E vitamini, skvalen və digər bioloji aktiv maddələrlə zəngindir.

Müəlliflərin gəldiyi nəticəyə əsasən, kameliya yağı ürək-damar sistemi üçün faydalıdır, qanda lipidlərin (yağa bənzər maddələrin) səviyyəsini tənzimləməyə kömək edir və arterial təzyiqi azaldır. Bu təsirlər yağın komponentlərinin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə izah olunur.

Tədqiqatda alimlər xüsusilə “bağırsaq–beyin” oxuna diqqət yetiriblər. Onların fikrincə, yağın tərkibindəki təbii maddələr bağırsaq mikrobiomuna təsir edərək dolayı yolla idrak funksiyalarını yaxşılaşdıra və sinir sistemindəki iltihabı azalda bilər. Xüsusilə, Altsheymer xəstəliyinin eksperimental modellərində neyroprotektiv təsirlər qeydə alınıb.

Alimlər vurğulayırlar ki, kameliya yağı funksional qida məhsulu kimi potensiala malikdir və bioloji aktiv əlavələrin, hətta gələcəkdə dərman vasitələrinin tərkibində istifadə oluna bilər. Bu nəticələr təbii birləşmələr vasitəsilə xroniki xəstəliklərin profilaktikasına dair əlavə tədqiqatların yolunu açır.

Samir
 

0