Səhər yeməyindən imtina etmək olmaz

SAĞLAMLIQ
22:28 / 25.07.2025
77

Bəzi insanlar səhər yemək yeməməyi vərdiş edib. 

Ancaq mütəxəssislər səhər yeməyinin sağlamlıq üçün faydalı olduğunu deyir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, səhər yeməyi mütləq yeyilməlidir:

“Yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır. Səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, o həm də bədəndə artıq çəkinin yığılmasına kömək edir.Səhər yeməyindən imtina edilisə, orqanizm naharadək daha az kalori yandırır. Bundan əlavə səhər yeməyi porsiyasından məhrum olmuş orqanizm özünü qoruma instinktini işə salır və nahar zamanı kaloriləri ikiqat enerji ilə toplayır. Ümumiyyətlə, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir”.

Sevinc
 

0