Azərbaycanda xərçəng xəstələrinin sayı əvvəlki illə müqayisədə artıb.
Həkim Adil Qeybulla Hit.az-a deyib ki, koronavirus pandemiyasından sonra xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur:
“Dünyada qida çatışmazlığı, keyfiyyətsiz qidalar, şüalanma faktı, genetik faktorlar və s. bu xəstəliyin inkişafını artırır. Xəstəliyin qarşısını almaq üçün vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Xərçəngi infeksion xəstəlik kimi təsəvvür etmək lazım deyil. Xalq arasında belə bir deyim var ki, kimsə xərçəngin dərmanını tapacaq və bununla da iş bitəcək. Lakin bu belə deyil. Bizim hər bir hüceyrəmiz, toxumalarımız bizim genlərimizlə, siqnal intensivliyi ilə bağlıdır. Əgər bu siqnal intensivliyi genin nəzarətindən çıxırsa, həmin hüceyrələr orqanizmdə qalır artır, amma onlara resurs lazım olur ki, bu da orqanizmin özündə olur”.
Sevinc