Koronavirus pandemiyası insan beyninin qocalmasını sürətləndirib

SAĞLAMLIQ
15:32 / 28.07.2025
57

Koronavirus infeksiyası olmasa belə, pandemiya hətta COVID-19-u olmayanlarda belə beyin qocalmasını sürətləndirə bilər. 

HİT.az xəbər verir ki, Nottingem Universitetinin alimləri belə nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Tədqiqatçılar Britaniya Biobankından Avropa əsilli insanların beyninin 15 minə yaxın MRT (maqnit rezonans görüntüləmə) şəklini tədqiq ediblər. Təhlillər göstərib ki, pandemiya zamanı beynin qocalma prosesi orta hesabla beş ay yarım sürətlənib. Üstəlik, virus bədənlərinə nüfuz etməyənlərdə belə dəyişikliklər müşahidə olunub. Məlumatların təhlili üçün süni intellekt alətlərindən istifadə edilib.

"Biz COVID-i təsdiqləməyən insanlarda sürətlənmiş beyin qocalmasını qeydə aldıq. Bu, yəqin ki, pandemiyanın yaratdığı uzunmüddətli stress, sosial təcrid və qeyri-sabitlik ilə əlaqədardır", deyə tədqiqatın müəlliflərindən biri, nevroloq Əli-Rza Məhəmmədinejad izah edib. 

Eyni zamanda, tədqiqatçılar sürətlənmiş qocalmanın koqnitiv pozğunluqla müşayiət olunmadığını və geri dönə biləcəyini vurğuladılar. Onların fikrincə, insan fiziki cəhətdən sağlam qalsa belə, irimiqyaslı sosial sarsıntılar beyinə nəzərəçarpacaq dərəcədə təsir edə bilər.

Samir
 

0