Dönüş nöqtəsi: Yaşlanma 50 yaş ətrafında sürətlənir

SAĞLAMLIQ
20:39 / 29.07.2025
60

İngilis elmi jurnalı "Nature"da dərc edilən araşdırmaya görə, yaşlanma prosesi 50 yaş ətrafında sürətlənir və bəzi orqanlar digərlərindən daha sürətli yaşlanır.

HİT.az-ın məlumatına görə, Çin Elmlər Akademiyasından Quanqhui Liu və həmkarlarının apardığı tədqiqat göstərir ki, insanlar 50 yaş ətrafında dönüş nöqtəsi keçirir və bundan sonra yaşlanma sürəti artır.

Araşdırma xüsusilə qan damarlarının daha sürətli yaşlandığını aşkar etmişdir. Alimlər həmçinin:

* Xəstəliklərlə əlaqəli 48 proteində yaşla bağlı artım tapıb;
* Müxtəlif hormonların istehsalından cavabdeh olan böyrəküstü vəzilərdə 30 yaş ətrafında erkən dəyişikliklər müşahidə ediblər.

Samir
 

0