Uşaqlar arasında yeni virus yayıldı: Nələrə diqqət edək?

SAĞLAMLIQ
13:13 / 29.07.2025
84

Son günlərdə uşaqlar arasında daha bir xəstəlik yayılıb. 

Söhbət parvovirusdan gedir. Sözügedən virus artıq çox sayda uşağa yoluxub. Bu isə valideynləri ciddi şəkildə narahat edir. 

Bəs bu parvovirus nədir? Hansı əlamətlərlə özünü biruzə verir? 

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, parvovirus "5-ci xəstəlik" də adlanır:

378927

"Bu xəstəlik uşaqlara hava damcı yolu ilə yoluxur. Yəni qripdə olduğu kimi tənəffüs yolları vasitəsilə onlara keçir. Parvovirus qırmızı ləkələrlə müşahidə olunur. 

Xüsusən uşaqlarda üz-yanaq nahiyyəsində olur, amma bədənin digər hissələrində yaranması mümkündür. Bu xəstəliyə yoluxan uşaqlarda çox vaxt qızdırma da müşahidə olunur. Eyni zamanda, əzələ, oynaq və baş ağırları da rast gəlinə bilər". 

Həkim qeyd edib ki, parvovirus bəzi hallarda yetkin şəxslərə də keçə bilir:

"Amma uşaqlarda daha tipik gedir. Qan analizi vasitəsilə xəstəliyin diaqnozu qoyulur. Çox ağır keçən bir xəstəlik deyil, hətta bir həftəyə sağalma müşahidə edilir. 

Hava-damcı yolu ilə yoluxduğu üçün övladınızın xəstə uşaqlarla təmas etməməsinə çalışın. Uşağınıza maska taxmaq da tövsiyə olunur. Çünki maska insanı bu xəstəlikdən də qoruyur".

Pərviz

0