İlan sancması zamanı ilk nə etməli?

SAĞLAMLIQ
19:19 / 31.07.2025
68

İlan sancması yay aylarında, xüsusilə havaların qızmar keçdiyi dövrdə müşahidə edilir. 

Bu dövrdə ilanlar, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır.

Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla Hit.az-a deyib ki, ilan zəhərlərinə qarşı vaksin, andidot var ki, bu, ilan zəhərindən hazırlanır: 

“Həmin andidotlar regional olaraq, paylanıb. İlan sancması zamanı həmin mərkəzlərə müraciət etməli və andidot vurulmalıdır. Andidot nə qədər tez vurulsa, xəstənin həyatı o qədər tez xilas oluna bilər. Təəssüflər olsun ki, ilan sancması zamanı insanlar çaşırlar, qorxuya, panikaya düşürlər. Bu zaman qorxmaq, panikaya düşmək ürək döyünmələrini tezləşdirir və zəhərin bədənə tez yayılmasına səbəb olur. Buna diqqət etmək lazımdır”.

Sevinc


 

0