İsti hava infarkta səbəb olur?

SAĞLAMLIQ
23:37 / 04.08.2025
46

Qızmar yay günlərində orqanizm daha çox enerji sərf edir və bu, ürəyin iş yükünü artırır.

Xüsusilə ürək-damar xəstəliyi olanların bu dövrdə şikayətləri artır.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, isti havalarda susuzlaşma qan təzyiqinin səviyyəsinin qəfil artmasına və ya azalmasına, infarkta səbəb ola bilər:

 "Havanı soyutmaq üçün istifadə edilən kondisionerli mühitlər, kəskin isti-soyuq keçidləri də ürək üçün risk yaradır. Ürək-damar problemləri olanlar kondisionerli mühitlərdə uzun müddət qalacaqlarsa, ətrafdakı temperaturun 22 dərəcədən yuxarı olmasına və hava axınının hiss olunmayacaq şəkildə tənzimlənməsinə diqqət yetirməlidirlər. Ürək-damar xəstələri üçün daha bir riskli vəziyyət uzun müddət istiyə məruz qaldıqdan sonra birdən soyuq hovuza və ya dənizə girməkdir. Soyuq suyun təsiri ilə ürək damarlarının ani daralması nəticəsində qan axını pozula bilər".

Sevinc

0