İllərdir dəvə südünün faydalı olduğu iddia edilir.
Maraqlıdır, dəvə südünün nə kimi faydası var?
Hit.az xəbər verir ki, dəvə südünün tərkibində çoxlu faydalı komponentlər - zülallar, vitaminlər, antioksidantlar və immunoqlobulinlər var.
Dəvənin südü gözlərə faydalıdır. Gözdən durduq yerə axan suyun qarşısını alır. Gözlərin aydın görməsində dəvə südünün böyük faydası var.
Dəvə südünün tərkibində mineral və vitaminlərdən başqa həmçinin , antitellər də vardır ki, bunlar da Hepatit B və C kimi,xəstəliklər ilə orqanizmin mübarizə aparmasına kömək edir.
Dəvə südü ilə həmçinin, güclü alergiyanı da müalicə etmək mümkündür. Güclü qida alergiyasında dəvə südü uşaqların immun sistemini bərpa etməyə malikdir.
Sevinc