Mikroplastic çirklənməsi adətən plastik bağlama paketləri, butulkalar və ya dəniz sahilində unudulmuş oyuncaqlarla əlaqələndirilsə də, daha az fərq edilən amma ciddi bir təhlükə də mövcuddur.
HİT.az xəbər verir ki, hər gün milyonlarla avtomobilin təkərləri yolla təmasda olduğu üçün gözlə görülməyəcək qədər kiçik sintetik hissəciklər ayrılaraq təbiətə qarışır. Bu proses fərqində olunmayan, lakin olduqca geniş yayılmış ekoloji problemə səbəb olur: Təkər aşınmasından yaranan mikroplastic çirklənməsi.
Avtomobil təkərləri əsasən sintetik rezin, doldurucu materiallar və müxtəlif kimyəvi maddələrin birləşməsindən ibarətdir. Zaman keçdikcə təkərlər aşınır, kiçik hissəciklər havaya, torpağa və suya qarışır. Bu hissəciklər yalnız səthdə qalmır; yağış suları vasitəsilə kanalizasiya sistemlərinə, oradan da çaylara və dənizlərə qədər çata bilir.
Araşdırmalar göstərir ki, quru və su mühitində tapılan mikroplasticlərin təxminən 45%-i avtomobil təkərlərindən yaranır. Bu göstərici təkərlərin mikroplastic mənbələri arasında başlıca rolu olduğunu aydın şəkildə ortaya qoyur.
Bu hissəciklər yalnız fiziki çirklənmə yaratmır. Eyni zamanda tərkibindəki kimyəvi maddələr sayəsində canlı orqanizmlər üçün toksik təsir göstərə bilər. Xüsusilə son illər diqqət çəkən 6PPD-Q adlı maddə təkər aşınması nəticəsində ətraf mühitə yayılan ən zərərli kimyəvi maddələrdən biridir.
Bu maddə balıqlar üzərində aparılan təcrübələrdə ölümcül təsir göstərib. Hətta müəyyən çay sistemlərində baş verən balıq ölümlərinin əsas səbəbinin bu kimyəvi maddə olduğu müəyyən edilib.
Mikroplasticlərin dolayı təsirləri yalnız ekosistemlə məhdudlaşmır. İnsan sağlamlığı baxımından da narahat edici tapıntılar var. 6PPD-Q-nun izləri insan sidiyində belə aşkar edilib. Bu, zəhərli maddənin bədən sisteminə müxtəlif yollarla daxil ola bildiyini göstərir. İlk tapıntılar bu maddənin qaraciyər, ağciyər və böyrəklər üzərində zərərli təsirlərə səbəb ola biləcəyini göstərir.
Təkər istehsalçıları 6PPD-nin əvəz edə biləcək təhlükəsiz və effektiv alternativin hələ hazırlanmadığını bildirir. Bu da ekoloji cəhətdən təmiz bir çevrilmənin qarşısında əhəmiyyətli bir maneədir. İnkişaf etmiş təhlükəsizlik, davamlılıq və performans baxımından bu maddənin hələ də əvəzolunmaz olduğu vurğulanır.
Bu problem qarşısında həll axtarışları davam edir. Xüsusilə təbii filtrləmə sistemləri bu mikrohissəciklərdən ətraf mühitin qorunması baxımından ümid verir. Missisipi Universitetində aparılan təcrübələrdə düyü qabığından hazırlanmış biokömür (biochar) və şam ağacı talaşı kimi kənd təsərrüfatı tullantılarından istifadə etməklə mikroplasticlərin 90%-ə qədəri süzülə bildi.
Bu təbii materiallar yağış suları ilə daşınan təkər aşınma hissəciklərini tutmaqda olduqca effektivdir. Həmçinin, aşağı maliyyətli və davamlı olmaları sayəsində xüsusilə yerli idarələr və icmalar üçün tətbiq edilə bilən həllər təklif edir.
Əlbəttə, bu filtrləmə sistemlərinin davamlı uğuru üçün nizamlı texniki qulluq və monitorinq tələb olunur. Vaxt keçdikcə tıxana bilən və ya effektivliyini itirə bilən filtrlərin müəyyən aralıqlarla yenilənməsi şərtdir. Həmçinin istifadə edilən kənd təsərrüfatı tullantılarının emal olunmadan tətbiqi digər orqanik çirkləndiriciləri yaya biləcəyi üçün diqqətli olmaq lazımdır. Buna görə piroliz prosesi (yəni tullantıların yüksək temperaturda emal edilərək təmizlənməsi) kritik bir addımdır.
Təkər aşınması ilə yayılan mikroplasticlər və 6PPD-Q kimyəvi maddəsi ekosistemlə insan sağlamlığı üçün ciddi risk daşıyır. Təbii filtrləmə texnologiyaları isə perspektivli həll yolu təqdim edir".
Samir