Alimləri məyus edən araşdırma: Yaşlanma prosesi daha tez başlayır

SAĞLAMLIQ
21:38 / 05.08.2025
38

Çinli alimlər tərəfindən 50 il ərzində aparılan araşdırmada 14 ilə 68 yaş arasındakı 76 orqan donorundan götürülmüş ümumilikdə 516 toxunu nümunəsi öyrənildi. 

HİT.az-ın məlumatına görə, nəticələr göstərib ki, 30 yaş ətrafında bədəndə əhəmiyyətli bioloji dəyişikliklər başlayır, lakin bu dəyişikliklər xüsusilə 50 yaşından etibarən kəskin şəkildə artır.

Araşdırma xüsusilə böyrəküstü vəzilərdə və qəlbin əsas arteriyası olan aortda erkən yaşlanma əlamətlərinə diqqət çəkir. Bədənin fəaliyyətində həlledici rol oynayan hormonları ifraz edən böyrəküstü vəzilərdə 30+ yaşlarından etibarən protein səviyyələrində dəyişikliklər müşahidə olunmağa başlayır.

Ən güclü yaşlanma təsiri isə aortda qeydə alınıb. Araşdırmaçılar qeyd edir ki, qan damarları yaşlanmanın erkən mərhələlərinə qarşı daha həssasdır. "GAS6" adlı proteinin orqanlarda artımının bu vəziyyəti təşviq edə biləcəyi güman edilir. Bu proteinin hüceyrə böyüməsi və sağ qalma proseslərində iştirak etdiyi və yaşlanmanı sürətləndirə biləcəyi düşünülür.

Araşdırmanı aparan alimlər bu nəticələrin yaşlı insanların sağlamlığını yaxşılaşdırmaq üçün strategiyalar hazırlanmasına kömək edə biləcəyini bildirib.

Araşdırmada həmçinin siqaret çəkmə, spirtli içki, emal edilmiş ət istehlakı, yetersiz yuxu və sosial-iqtisadi cəhətdən geridə qalmış bölgələrdə yaşamağın orqan yaşlanmasını sürətləndirdiyi qeyd olunub.

Əsas çıxarış: Yaşlanma 30 yaşdan etibarən başlayır, 50 yaş kəskin dönüş nöqtəsidir. Lakin pis vəd adətlərdən qaçmaqla bu proses yavaşladıla bilər.

Samir
 

0