Isti yay günlərində insanların qorxduğu xəstəliklərdən biri “yay qripi”dir.
Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, “yay qripi” və ya “gün qripi” də deyirlər:
“Mövsümü xəstəlik hesab edilən gün qripinin əlamətlərinə burun tutulması, halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları daxildir. Çox vaxt qrip əlamətlərini görən kimi antibiotiklərdən istifadə etməyə başlayırlar. Bu, heç də düzgün deyil, çünki antibiotiklər orqanizmin immunitetini aşağı salmaqla yanaşı mövcud vəziyyəti daha da ağırlaşdırır. Gün qripi ilə üzləşərkən evdən bayıra çıxmamaq, sərin otaqda olmaq, ilıq duş qəbul etmək lazımdır. Çoxlu maye istehlakı və S vitaminindən istifadə edilməsi məqsədəuyğundur”.
Həkimin dediyinə görə, mövsümü xəstəliklərdən sığortalanmanın yeganə yolu isə Günəşdən və istidən qorunmaqdır.
Sevinc