Ana südü olmasa, uşaqlara nə verilməlidir?

SAĞLAMLIQ
23:15 / 05.08.2025
39

Yenidoğulan uşaqlar ana südü ilə qidalanmalıdır. 

Ancaq bəzi hallarda körpə ana südü ilə qidalana bilmir.

Ana dərman qəbul edirsə, südü yetərli deyilsə, hər hansı  bir xəstəliyi varsa uşağa süd verə bilməz. 

Bu halda körpə necə qidalandırılmalıdır? 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, bəzən analar doğuşdan sonra südlərinin azlığından və uşağın doymamasından şikayət edirlər:

“Bu baxımdan süni qidalara keçmək məcburiyyətində qalırlar. Onsuz da yeni doğulmuş uşağın mədəsi də kiçik olduğuna görə ananın südü ona kifayət edir. Amma müəyyən xəstəliklər var ki, təbii ki, burada ana südü ilə qidalanma əks göstərişdir. Süni qidaların tərkibində olan komponentlər ana südünün tərkibinə uyğun olaraq , hazırlanır və məcburiyyət qarşısında analar süni qidalardan istifadə etmək məcburiyyətində qalırlar. Amma hamıya məsləhətim odur ki, əgər uşağınızın sağlam, normal inkişafının sürətli getməsini istəyirsinizsə, həm fiziki, həm də əqli inkişafının yüksək olmasını istəyirsinizsə, uşaqlarınızı ana südü ilə qidalandırın".

Sevinc

0