Alkoqolizmin başlanğıcının gizli əlamətləri açıqlandı

SAĞLAMLIQ
11:50 / 06.08.2025
62

Artmış arterial təzyiq və ürək döyüntü tezliyi inkişaf edən alkoqol asılılığının erkən əlamətləri ola bilər. Bu nəticəyə ABŞ-nin Narkotik Vasitələrin Sui-istifadəsi ilə Mübarizə üzrə Milli İnstitutun tədqiqatçıları gəlib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Alcohol: Clinical and Experimental Research" jurnalında dərc edilib.

Alimlər sadə və əlçatan üsulların – məsələn, təzyiqin ölçülməsi və EKG (elektrokardioqrafiya) – müxtəlif səviyyəli alkoqol istifadəsi olan insanlarda ürək fəaliyyətindəki dəyişiklikləri müəyyən etməyə kömək edib-edməyəcəyini anlamağa çalışıblar. Tədqiqatda təxminən 1100 nəfər iştirak edib.

Könüllülər arasında həm alkoqol asılılığından müalicə olunanlar, həm də bu cür pozuntular diaqnozlaşdırılmayanlar var idi. Bütün iştirakçılar spirtli içki istifadəsinin dörd fenotipinə – mülayimdən yüksək riskə qədər bölüşdürülmüşdülər.

Təhlil göstərdi ki, alkoqolizmin daha yüksək riski olan insanlarda arterial təzyiqin və nəbz tezliyinin orta göstəricilərində artım müşahidə edilib. Bu göstəricilər həmçinin yüksək asılılıq ağırlığı və aşkar kəsilmə sindromu ilə əlaqəli idi.

Ürək fəaliyyətindəki dəyişikliklərlə alkoqolizm arasındakı əlaqə xüsusilə hələ aşkar sui-istifadəyə keçməyən insanlarda daha nəzərəçarpan idi.

"Bu o deməkdir ki, hətta erkən mərhələlərdə potensial asılılığın siqnallarını sadə və arzancıl üsullarla aşkar etmək olar", deyə alimlər qeyd ediblər.

Samir
 

0