İsti havada tərləməmək üçün nə etmək lazımdır?

SAĞLAMLIQ
18:59 / 06.08.2025
44

İsti havada insanları narahat məqamlardan biri çox tərləməkdir. İsti havada tərləməmək üçün nə etmək lazımdır? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, isti yay günlərində çoxlu miqdarda maye qəbul etmək lazımdır: 

“İstidə su balansını saxlamağı unutmaq olmaz. Susuzluq tərləməni artırır, çünki bədən dərini soyutmaq üçün daha çox səy sərf etməlidir. Bununla yanaşı, qidalanmaya da fikir vermək lazımdır. Belə ki, yağlı, yüksəl kalorili, “fast food”, şirniyyat məmulatlarını az istehlak etmək lazımdır. Bu da qidalar çox tükədilərsə, qan dövranı sistemi pozular, bu da  tərləmənin artmasına səbəb ola bilər. Həmçinin, kətan və pambıq parçadan olan geyimlərə də üstünlük verilməlidir. Çünki , bu parçalardan hazırlanan geyimlər havanı buraxır, dərini sıxmır”.

Sevinc
 

0