Dadı sevilməsə də, bəyənilməsə də faydaları sonsuz saydadır.
Söhbət brokolidən gedir. Hit.az xəbər verir ki, brokolinin faydaları sonsuz saydadır.
Brokoli xərçənglə mübarizədə əvəzedilməz bir tərəvəzdir.
Mədə-bağırsaq və yemək borusu xərçənginin qarşısını ala bilir.
Brokolinin tərkibindəki A vitamini dərinizin hüceyrələrini yeniləyir və ultrabənövşəyi şüalardan qoruyur.
C və E vitamini ilə birgə istifadə olunduqda dərinizi sağlam görünüşünə qovuşdurur.
Brokoli faydaları arasında onun ürək üçün faydası danılmazdır.
Brokoli ürəyin dostudur. Qan təzyiqini və xolestrin səviyyəsini normallaşdırır, damarları tonuslandırır və ürəyin sağlam şəkildə çalışmasını təmin edir.
Sağlam bir sinir sistemi üçün kalium önəmli elementdir. Brokoli də tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.
Brokoli arıqlamağa kömək edir. Brokoli faydaları arasında insanlar üçün ən vacib faydalardan biri də, onun arıqlamağa olan təsiridir.
Brokolinin tərkibində pəhriz lifləri mövcuddur. Bu liflər arıqlatmaqla yanaşı, həzmə də kömək edir.
Brokoli gözlər üçün əvəzedilməz dayaqdır.
O, tərkibindəki A vitamini sayəsində gözlərinizi xəstəliklərdən qoruyar.
Sevinc