Ayranın faydaları

SAĞLAMLIQ
19:19 / 07.08.2025
40

Yayda susuzluğu yatırdan mayelərdən biri ayrandır. 

Hit.az xəbər verir ki, az kalorili olduğu üçün bütün dietalarda içilib, arıqlamaq olar. 

Ayran damarlarda xolesterini azaldır, ağciyər xəstəlikləri, bronxit, astması olan insanların vəziyyətini yüngülləşdirir.

Bununla yanaşı, ayran əsəbi gərginliyi azaldır, əhvalı qaldırır, enerji verir, təzyiqə də faydalıdır. Ən əsası toksinləri, zəhərləri yuyur. 

Onu da əlavə edək ki, ayran süd məhsulları tez xarab olan məhsullar qrupuna aiddir.

Bu səbəbdən də süd məhsulları qablaşdırılması açıldıqdan sonra bir neçə saat ərzində xarab ola bilər. Ona görə də soyuducuda saxlanılmalı və qısa müddətdə istehlak edilməlidir. 

Sevinc

0