İsti hava tək sağlamlığa deyil, eyni zamanda saç və üz dərisinə də ziyandır.
Kosmetoloq Aytəkin İsmayılova Hit.az-a deyib ki, istilik dərini susuzlaşdırır, tər və makiyaj isə onun hava almasını daha da çətinləşdirir:
"Qışdan fərqli olaraq yay aylarında yapışqan və yağlı hiss etdirə biləcəyi üçün ağır tərkibli nəmləndiricilərdən istifadə etmək lazım deyil.Gel və ya su əsaslı, hətta tərkibində SPF olan yüngül nəmləndiricilərə üstünlük verilməlidir.
Həmçinin, günəş şüaları dərin qədər saçını da zədələyir. Saçların 15%-i sudan ibarətdir. İsti günlərdə isə bu su buxarlanır. Buna görə də yayda onları günəşdən, dəniz suyundan və isti küləkdən qorumaq lazımdır".
Sevinc