COVİD bitməmiş yeni virus yayılır?

SAĞLAMLIQ
16:00 / 07.08.2025
45

Məlum olduğu kimi, Çində Çikungunya adlı virus sürətlə yayılmaqdadır. Hazırda 10 mindən çox yoluxma faktı qeydə alınıb və sakinlər tibbi maska taxmağa başlayıblar.

Məlumata görə çikungunya virusunun simptomları arasında temperaturun 40 dərəcəyə qədər yüksəlməsi, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma, zəiflik, səpgilər müşahidə olunur.

Bu virusun ölkəmizdə da yayılma ehtimalı varmı?

Professor Adil Qeybulla Hit.az-a deyib ki, xəstəlik əsasən boyun ağrıları ilə başlayır, burun tutulması, boğazda yanma, halsızlıq, gözlərin yaşarması və kəskin temperatur artımı ilə müşayiət olunur:

"COVID-19 qlobal pandemiya kimi bitsə də, epidemik ocaqlar hələ də mövcuddur. İkincisi, müxtəlif virus infeksiyaları, o cümlədən qrip və influenza, bu qış mövsümündə xeyli sayda insan arasında xəstəlik törədib. Bundan başqa, adenoviruslar və rinoviruslar da geniş şəkildə yayılıb.İstənilən infeksiya çox qısa müddətdə Azərbaycana daxil ola bilər".

Sevinc

0