Torpaq, saç, sabun yeyənlər...

SAĞLAMLIQ
21:16 / 07.08.2025
39

Bəzi uşaqlar torpaq, saç, sabun və digər davranışlara sahibdir. Elmi dildə buna pika sindromu deyilir. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, bu xəstəliyin təməl səbəbləri arasında psixoloji  dəstək yer almaqdadır:

"Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli  bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir. 

Məsələn, kagız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq, bu xəstəliyin müalicəsində olduqca faydalıdır.Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülə bilən hallardır. Hətta, bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri, şunur dişləməsi pika sindromunun göstəricisidir.Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor, kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır".

Sevinc

0