İsti yay günlərində əksər insanlar yuxu problemi sarıdan əziyyət çəkir.
Əksər insanlar yuxusuzluqdan giley edir. Bunun səbəbi isti hava ilə bağlıdır yoxsa başqa səbəblər var?
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, istidə yatmaq, yuxuya getmək çətindir:
"Yay mövsümündə rahat yuxuya getmək üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İnsan yuxusuzluqdan və ya digər yuxu pozğunluğundan əziyyət çəkirsə, bu, təkcə onun psixi vəziyyətinə deyil, həm də fiziki vəziyyətinə mənfi təsir göstərir. Ardıcıl bir neçə gün kifayət qədər yuxu yatılmasa, bu bədən üçün təhlükəlidir. İstənilən fəsildə insanlar normal yuxuya getmək üçün yatdıqları otağın havasını daim təmiz saxlamalıdır. Otrağın havası təmiz olarsa, insan rahat yuxuya gedir”.
Sevinc