Dəniz, yoxsa hovuz yaxşıdır?

SAĞLAMLIQ
18:40 / 08.08.2025
42

Yay aylarında sərinləməyin ən təbii yolu su ilə təmasdır.

Kimisi çimərliklərdə, kimisi isə hovuzlarda sərinlənməyi üstün tutur. 

Maraqlıdır, təhlükəsizlik və sağlıq baxımından hovuzda çimilməlidir yoxsa dənizdə? 

Həkim Mətanət Əliyeva Hit.az-a deyib ki, hovuz suyundakı xlor, burun və boğaz selikli qişasını qıcıqlandıra bilər: 

“Bu isə yüngül öskürək, boğaz ağrısı və qızdırma ilə nəticələnə bilər. Xüsusən də  allergiyaya meyilli uşaqlar və böyüklər üçün risklidir. Çirkli dəniz və ya hovuz suyunun udulması mədə-bağırsaq infeksiyası riski yaradır. İshal, qusma və qızdırma bu hallarda müşahidə edilə bilər. İstənilən halda dəniz və hovuzda üzənlər müəyyən qaydalara əməl etməlidir. Xüsusilə uşaqla bu cür məkanlara gedənlər ikiqat ehtiyatlı olmalıdır”.

Sevinc

0