Ağcaqanad dişləməsi niyə qaşınma yaradır?

SAĞLAMLIQ
15:46 / 11.08.2025
55

Ağcaqanadlar alimlərin də sıx tədqiq etdiyi canlılardandır. Çünki 3500-dən çox ağcaqanad növü var. Bu qan soran canlılar xəstəlik yayması və narahat edici dişləmələri səbəbilə hər dövrdə aktualdır. Əksər ağcaqanad dişləmələri gecə yatarkən baş verir. Səhər oyananda qollarınızda və ayaqlarınızda şişmiş, qızarmış və qaşınan çoxlu nöqtələr görə bilərsiniz. 

HİT.az xəbər verir ki, mümkün iltihabın qarşısını almaq və qaşınmanı dayandırmaq üçün aptekdən ala biləcəyiniz məlhəmlər yanında evdə tətbiq edilə bilən təbii üsullar da mövcuddur. İndi isə həm "ağcaqanad dişləməsi niyə qaşınır", həm də "ağcaqanad dişləməsinin qaşınmasına nə yaxşı gəlir" suallarının cavabları:

Yuxarıda qeyd etdiyimiz kimi, ağcaqanad dişləmələri əsasən gecə baş verir. Bəs niyə? Ağcaqanadlar yüksək istidə tez su itirə bilər. Gündüz düz günəş işığı və isti hava səbəbilə dehidratasiya riski artır. Buna görə də gündüzlər sərin və rütubətli yerlərdə dincəlir, gecə isə daha təhlükəsiz qidalanmağa çıxırlar. Gecə hava adətən daha sakit olur. Bu, ağcaqanadların daha rahat uçmasına və qurbanlarını asan tapmasına şərait yaradır. Bir çox təbii yırtıcı (quşlar, nimfələr) gündüz fəaldır. Gecə onların fəallığı azaldığı üçün ağcaqanadlar daha təhlükəsiz qidalanır. Gecə rütubət artır. Rütubətli şərait qoxu molekullarının daha effektiv yayılmasına kömək edir, bu da ağcaqanadların qurban tapmasını asanlaşdırır.

Çünki ağcaqanad dişləyəndə qan sormaq üçün burnu ilə dərinizi deşir. Qidalanarkən dərinizə tüpürcək yeridir. Bu ifrazat qanın laxtalanmasının qarşısını alır və adətən dişləndiyinizi hiss etməməyinizə səbəb olur. Bədəniniz bu tüpürcəyə reaksiya verərək şiş və qaşınmaya səbəb olur. Çünki immun sistemi histamin ifraz edərək özünü qoruyur. Bəzi insanlar dişləməyə yüngül reaksiya verir, bəzilərində isə şiş, ağrı və qızarıqlıq ola bilər.

"National Library of Medicine" qeyd edir: "Ağcaqanad tüpürcəyindəki kimyəvi birləşmələr gələcək dərmanların inkişafı üçün dəyərli ola bilər".

Elmə görə cavab bəlidir. Bəzi tədqiqatlara görə insanın pəhrizi və istehlak etdiyi maddələr ağcaqanadlar üçün cəlbediciliyi müəyyən dərəcədə təsirləyir. Məsələn, pivə ilə bağlı araşdırma maraqlı nəticələr verib: 1 litr pivə içənlər, 1 litr su içənlərdən daha çox ağcaqanad cəlb edir. Alkoqolun bədən qoxusunu və nəfəsi dəyişdirərək cəlbediciliyi artırdığı güman edilir.

Hamilə qadınlar da malyariya ağcaqanadları üçün 2 dəfə cəlbedicidir. Səbəb? Bəzi növlər qan mənbəyini tapmaq üçün karbon qazına reaksiya verir. Hamiləliyin son dövrlərində qadınlar hər nəfərdə təxminən 21% artıq karbon qazı verir, bu da diqqəti 2 qat artırır.

Dişlənən yerdə qeyri-adi qızarıqlıq və böyük şiş varsa, həkimə müraciət etmək lazımdır. Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) aşağıdakı təklifləri verir:

* Sahəni sabun və su ilə yuyun
* Şiş və qaşınmanı azaltmaq üçün 10 dəqiqə buz tətbiq edin
* 1 xörək qaşığı karbonatı macun qıvamına gələnə qədər su ilə qarışdırıb dişlənən yerə çəkin. 10 dəq saxlayıb yuyun
* Dişləmələri qaşımayın. İltihab ola bilər. İltihab qızarıqlıq, istilik və ya qırmızı xətt kimi özünü göstərə bilər
* Əlamətlər pisləşərsə, həkimə müraciət edin

Chip.de məlhəmlər yanında bu təbii üsulları tövsiyə edir:

* Soğan: Kəsilmiş soğanı dişlənən yerə qoyun. Kükürd dezinfeksiya edir və qaşınmanı azaldır
* Tüpürcək: Təbii antihistaminikdir. Qaşınmanı azaldır
* Bal: Təbii antibakterial və sağaldıcı təsir göstərir
* Karbonat: Qaşınmanı azaldan macun hazırlayın
* Banan qabığı: İç tərəfini dişlənən yerə sürtün. Maqnezium və digər birləşmələr kömək edir
* Buz: Buz kubunu dişlənən yerə sürtün. Qaşınmanı dərhal azaldır

Samir
 

0