Məktəbə başlamazdan əvvəl uşaqlar üçün həkim yoxlanışı

SAĞLAMLIQ
23:52 / 11.08.2025
76

Məktəbə başlamazdan əvvəl uşaqlar üçün həkim yoxlanışı çox vacibdir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, məktəb öncəsi uşaqlar mütləq ürək, göz müayinəsi olunmalıdır: 

"Yoxlanış zamanı əlavə müayinə və təhlillər edilməlidir. Qamət pozğunluğu varsa, aşkar olunmalıdır. Bəzən olur ki, analar uşağın zəif gördüyünü hiss edə bilmir və uşaq uzun müddət əziyyət çəkir. Bu, həmin zəif gözün daha da zəifləməsinə səbəb olur. Tibbi müayinə belə məqamları vaxtında müəyyən etsə, uşaq daha az əziyyət çəkər və problem də zamanla həll olar. Bununla  yanaşı, uşaqlar psixoloji olaraq məktəbə hazır olmalıdır”.

Sevinc

0