Sağlamlıq üçün təhlükəli: Təyyarədə geyinməməli olduğunuz 4 şey

SAĞLAMLIQ
11:11 / 12.08.2025
63

Mütəxəssislər xəbərdarlıq edir ki, uçuş üçün səhv paltar seçmək sağlamlığınıza təhlükəli ola və hətta dərin damar trombozunun inkişaf riskini artıra bilər. Risk faktorları arasında hərəkətsizlik, məhdud qan dövranı və aşağı ətraflara təzyiq daxildir - bütün bunlar dar geyimlə daha da ağırlaşa bilər.

HİT.az xəbər verir ki, "Express"in məlumatına görə, "Ready Set Supplied" şirkətinin geyim mütəxəssisləri təyyarələrdə qaçınılması lazım olduğunu düşündükləri əşyaların siyahısını tərtib ediblər:

* Dar leqinqlər və cins şalvarlar — ayaqlara qan axınını azalda və hərəkətləri məhdudlaşdıra bilər.
* Dar kəmərlər və korreksiyaedici alt paltarlar — qarın və bud nahiyəsində narahatlıq yarada bilər.
* Sərt tikişli və ya elastik manjetli geyimlər — dərini sıxaraq hərəkəti çətinləşdirə bilər.
* Dar və sərt ayaqqabılar — uçuş zamanı ayaqlar təbii olaraq şişdiyindən narahatlıq yaradır.

Ekspertlər dar geyimlərin uçuşun sonunda sıxıntı, şişkinlik və ümumi narahatlıq verə biləcəyini bildirir. Əvəzində boş idman şalvarları, geniş paçalı və ya yumşaq kətan şalvarlar, nəfəsalan materialdan hazırlanmış köynəklər, kardiqan və ya hudilər tövsiyə olunur. Ayaqqabı seçərkən asan çıxarılan, elastik modellərə üstünlük vermək, uzun uçuşlarda isə kompression corab geyinmək qan dövranını dəstəkləyə bilər.

Mütəxəssislər vurğulayır ki, uçuş üçün geyim həm rahat, həm də hərəkət azadlığı verən olmalıdır; əgər geyim sıxır, dartılır və ya bədəni basırsa, bu, təyyarə səfərləri üçün uyğun sayılmır.

Samir

0