Bəzi xəstəlikləri niyə cavanlaşır?

SAĞLAMLIQ
18:59 / 13.08.2025
41

Son illərdə gənclərdə bir çox ciddi sağlamlıq problemləri erkən yaşlarda daha çox görülməyə başlayıb.

Əvvəllər yalnız yaşlılar arasında rastlanan bu xəstəliklər indi gənclər arasında da yayılaraq sağlamlıq təhlükəsi yaratmağa başlayıb. 

Tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, gənclərin qidalanma vərdişləri bu məsələdə mühüm rol oynayır: 

“İnsanlar çox qida qəbul etsələr də, fiziki aktivlik göstərmirlər. Maşınla hər yerə getmək, az gəzmək, yeməkdən sonra dərhal yatmaq kimi vərdişlər bədəndə enerji və kalorinin yığılmasına səbəb olur. Bu isə damarların divarında çöküntülərə, qan təchizatının pozulmasına, ürək və beyinin normal fəaliyyətinə maneə törədə bilər. Gənclər öz sağlamlıqlarını qorumağa daha çox diqqət etməlidirlər, amma çoxu bunu etmir, nəticədə, ciddi səhiyyə problemləri yaranır. Gənclər daha az yeməli, daha çox hərəkət etməli, pis vərdişlərdən uzaq durmalı və pozitiv düşünməlidirlər. Bu yanaşma ilə bir çox sağlamlıq probleminin qarşısını ala bilərlər”. 

Sevinc

0