Nankin Tibb Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaqda Odoribacter bakteriyalarının sayının artması yuxusuzluq riskini yüksəldir.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "General Psychiatry" (GenPsy) jurnalında dərc olunub.
Tədqiqatda mendelvari təsadüfiləşdirmə (MPR) metodu tətbiq edilib. Bu üsul, genetik variantlardan istifadə edərək risk faktoru ilə nəticə (məsələn, xəstəlik) arasındakı səbəb-nəticə əlaqəsini müəyyən etməyə imkan verir. MPR üçün yuxusuzluqdan əziyyət çəkən 386 533 nəfərin genetik məlumatları istifadə olunub. Bundan əlavə, 26 min nəfərin bağırsaq mikrobiotasının tərkibi ilə bağlı məlumatlar da araşdırmaya daxil edilib.
Nəticədə, yuxusuzluğun yaranmasına səbəb olan 14 bakteriya qrupu müəyyən edilib (riski 1–4% artırır). Əksinə, digər 8 növ bakteriya bu ehtimalı 1–3% azaldır. Odoribacter sinfinə aid mikroorqanizmlər yuxunun keyfiyyətinə ən mənfi təsir göstərənlər olub.
Bundan başqa, yuxusuzluğun özü də bağırsaq mikroblarının balansında dəyişikliklərlə əlaqələndirilib. Bu pozuntu 7 bakteriya qrupunun sayının 43–79% azalması, 12 qrupun isə 65% artıb-azalması ilə korelyasiya edib.
Alimlər qeyd edirlər ki, araşdırmanın müəyyən məhdudiyyətləri var: iştirakçıların hamısı avropalı mənşəlidir və təhlildə qidalanma ilə həyat tərzi kimi mikrobiota tərkibinə və gen–mühit qarşılıqlı təsirinə təsir edən amillər nəzərə alınmayıb.
Samir