Azyaşlı uşaqlar mütamadi olaraq həkim müayinəsinda olmalıdır.
Ancaq bəzi uşaqlarda həkim.qorxusu olduğu üçün valideynlər vaxtı vaxtında övladına həkim müayinəsinə apara bilmir.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaq həkimdən qorxursa onun ya həkimlə bağlı bir travması var, ya da, həkim, xəstaxana anlayışı ona qorxulacaq bir şeylər kimi aşılanıb:
"Məsələn, valideynlər uşağa “əgər yeməyini yeməsən, səni həkim gəlib aparacaq” və ya “ dəcəllik etsən, xəstəxanada sənə həkim iynə vuracaq” və s. kimi cümlələr ünvanlasa onlarda zamanla həkimə, xəstəxanaya qarşı fobiya yaranmağa başlayacaqdır. Bu fobiya onlarda müəyyən zaman sonra həkimləri sevməmə və onlara inanamama düşüncəsinə də çevriləcək.
Uşaq yaşlarından həkimdən qorxan insanlar böyüdükdə həkimlərə və onların fəaliyyətlərinə şübhəli yanaşacaqdır.
Həmçinin, həkim seçimi də önəmli nüansı təşkil edir, valideynlər həkim seçimində həkimin təcrübəli olmasına, uşaqlarla dil tapa bilməsinə və s. kimi faktorlara diqqət etməlidir".
Sevinc