Qarpız-pendir cütlüyü təhlükəli imiş

SAĞLAMLIQ
21:39 / 14.08.2025
40

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.

Ancaq mütəxəssislər qarpız və pendirin birlikdə istehlak edilməsini düzgün hesab etmir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, qarpız yüksək glisemik indeksə malik olduğundan, tək başına yeyildikdə qan şəkərini sürətlə artıra bilər. Bu, qısa müddətdə yenidən aclıq hissi yarada və balanssız qidalanmaya səbəb olur:

"Həddindən artıq qarpızpendir yemək artıq çəkiyə səbəb olur. Pəhriz saxlayanların və yayda yüngül yemək yemək istəyənlərin üstünlük verdiyi “qarpız-pendir” birləşməsində artıq çəki qaçılmaz olur. Əlavə olaraq , başqa bir şikayət, yetişməmiş və ya çoxdan gözlənilən qarpızın bağırsaq fəaliyyətini pozması və ürək bulanmasına səbəb olmasıdır".

Sevinc

0