Pandemiya vaxtı dükan, marketlərdə çörəyin satışı ilə bağlı xüsusi qayda, nəzarət var idi.
Ancaq sonradan bu qaydaya əməl unuduldu.
Rəflərdə çörək açıq şəkildə satılır, kim istəyirsə o çörəyə rahat şəkildə əli ilə toxuna bilir.
Bu isə gigiyenik baxımdan heç də xoşagələn mənzərə yaratmır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, çörək, bulka kimi açıq səthi olan məmulatlar satıcının əli ilə verilməlidir:
"Satıcılar zərərsiz labarator əlcəklərdən istifadə etməli və ya məhsulu xüsusi əşyalar ilə tutaraq, qaba qoyub verməlidirlər. Çörək məmulatları ilə əl təması olmamalıdır. Əldə hər cür infeksiya var və çörək kimi məhsulları insanların əl ilə yoxlaması yolverilməzdir, buna icazə verilməməlidir".
Sevinc