Hindistanda yaşayan 35 yaşlı kişi səkkiz ay boyu sol gözündə qızarıqlıq, bulanıq görmə və narahatlıq hissi ilə yaşayıb. Nəhayət göz klinikasına müraciət edəndə həkimlər tezliklə əsas səbəbi aşkar edib: Göz almasının arxasında yavaş-yavaş hərəkət edən bir qurd.
HİT.az xəbər verir ki, "New England Journal of Medicine" jurnalında dərc olunan bir hadisə hesabatına görə, xəstənin gözündə qanaxma, iltihab, genişlənmiş və hərəkətsiz gözbəbəyi olub. Görmə kəskinliyi 20/80 səviyyəsinə enib. Ətraflı müayinə bütün bu problemlərin kiçik, lakin təhlükəli bir parazitdən qaynaqlandığını üzə çıxarıb.
Həkimlər qurdu çıxarmaq üçün pars plana vitrektomiya adlı cərrahi üsul tətbiq edib. Bu əməliyyatda gözün ağ hissəsində (sklera) kiçik kəsiklər açılır, emiş xüsusiyyətli nazik bir cihazla gözün jel kıvamlı vitreus mayesinin bir hissəsi çıxarılır və yerinə fizioloji məhlul kimi mayelər əlavə olunur.
Bu hadisədə cihaz qurdun quyruğunu soraraq xaricə çəkməyi bacarıb. Mikroskop altında yoxlanan parazit Gnathostoma spinigerum növünə aid sürfədir (larva). Soğanşəkilli başı, inkişaf etmiş bağırsaqları və qalın xarici təbəqəsi olan bu qurd nadir hallarda gözlərə də daxil ola bilir.
G. spinigerum Hindistanda xüsusilə pişik, it kimi yırtıcı məməlilərdə yayılmış parazitdir. Yetkin qurdlar bu heyvanların bağırsaq divarlarında şiş kimi yumrular əmələ gətirir, cütləşir və minlərlə yumurta qoyur. Yumurtalar nəcislə xaric olunur, şirin su planktonlarına yoluxur, bu planktonlar balıq və suda-quruda yaşayanlar tərəfindən udulur və dövr yenidən pişik/itlərə qayıdır.
İnsanlar isə qeyri-bəkməz balıq, toyuq və ya digər aralıq qonaqlar vasitəsilə paraziti qəbul edə bilər. Bu infeksiya qnatostomiaz (gnathostomiasis) adlanır. İlk mərhələdə mədə-bağırsaqda hərəkət edən sürfələr qızdırma, halsızlıq, ürəkbulanma və qarın ağrısı kimi əlamətlərə səbəb ola bilər. İrəliləyən mərhələdə sürfələr dəri, ağciyər, sidik kisəsi, qulaq, sinir sistemi, beyin və gözlər də daxil olmaqla bir çox orqana yayıla bilər.
Hadisə hesabatındakı xəstədə nə dəridə, nə də sinir sistemində əlavə əlamət tapılmayıb. Keçirilən beyin, döş, qarın və çanaq BT skanları tam normal idi. Tək problem gözdəki "işğalçıdır".
Əməliyyatla qurd çıxarıldıqdan sonra xəstəyə həm ağızdan, həm də damcı şəklində kortikosteroid müalicəsi verilib. Bundan əlavə anti-parazit dərman tətbiq edildi. Səkkiz həftə ərzində iltihab tamamilə yox olub. Lakin vitrektomiyadan sonra tez-tez rast gəlinən ağkatarakt (katarakt) inkişaf etdiyi üçün görmə tam bərpa olunmayıb.
Samir