Plastik hovuzlar uşaq üçün ziyanlıdır?

SAĞLAMLIQ
23:15 / 15.08.2025
48

Qızmar yay günlərində sərinləməyin ən əlverişli yollarından biri suda vaxt keçirməkdir. 

Çoxları bunun üçün dənizə və yaxud qapalı hovuzlara üz tutur. 

Son zamanlar plastik şişirdilmə hovuzlarından istifadə də geniş yayılıb. 

Pediatr Mətanət Əliyevə Hit.az-a bildirib ki, plastik məmulatlarda insan orqanizminə ziyanlı olan kifayət qədər maddə var: 

"Yay aylarında dənizin suyu, qumu azyaşlılar üçün çox faydalıdır. Ona görə yaxşı olardı ki, valideynlər günəşdən qorunmaq şərtilə uşaqlarını dənizə aparsınlar. Praktika göstərir ki, tez-tez xəstələnən balacalar yayda dənizə gedirsə, qışda çox az xəstələnir. Plastik hovuzlar tez tez dezinfeksiya olunmalıdır".

Sevinc

0