Min bir dərdin dərmanı - Əvəlik

SAĞLAMLIQ
21:18 / 15.08.2025
44

Əvəlik xalq təbabətində geniş istifadə edilən və faydaları ilə tanınan bir bitkidir. 

Əvəlik tərkibindəki vitamin və minerallar sayəsində bir çox xəstəliklərə qarşı təsirli hesab olunur.

Hit.az xəbər verir ki, əvəlik həzm sistemini tənzimləyir, bağırsaqlarda yaranan iltihab və qaz problemlərinə qarşı təsir göstərir. 

Eyni zamanda qəbizliyin qarşısını almaq üçün istifadə olunur. 

Bununla yanaşı, əvəlik qaraciyəri toksinlərdən təmizləyir və funksiyalarını yaxşılaşdırır.

C vitamini ilə zəngin olan əvəlik immuniteti gücləndirir və soyuqdəymə simptomlarını azaldır.

Həmçinin, əvəlik bitkisi sakitləşdirici və sinir sisteminə müsbət təsir göstərən xüsusiyyətlərə malikdir. 
Stress, əsəbilik və yuxusuzluq kimi problemlərin həllində köməkçi ola bilər.

Sevinc

0