Konservləşdirilmiş məhsullarda nəyə diqqət edilməlidir ?

SAĞLAMLIQ
20:39 / 15.08.2025
43

Yerli satış obyektlərindən hər qiymətə konserv əldə etmək mümkündür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki,  əhali konservlərin, xüsusən də balıqdan hazırlananların təhlükəli qidalar arasında olduğunu bilməlidir: 

"Yəni bunlardan zəhərlənmə riski böyükdür. Konservləri alan zaman üzərində yazılanlara diqqətli baxmaq lazımdır. Bütün konservlərin qablaşdırmasında "Qost" yaxud da "TŞ" yəni "texniki şərt" qeyd edilir. Yaxşı olardı ki, "Qost" yazılana üstünlük verilsin. Bundan başqa dəmir qutuda qablaşdırlan belə məhsullar daha etibarlı hesab edilir. Qapağı şişmiş konservlər isə olduqca təhlükəlidir".

Sevinc

0