Uşaqlar niyə dırnaq yeyir?

SAĞLAMLIQ
21:57 / 19.08.2025
38

Əksər uşaqlar dırnaq yemə vərdişinə sahibdir. Bu hal valideynləri ciddi şəkildə narahat edir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, dırnaq yemə vərdişi ən çox 3-10 yaş aralığında olan uşaqlarda müşahidə olunur: 

“Uşaqlar əsəbləşəndə dırnaqlarını yeməyə üstünlük verir. Uşaqlar həmişə diqqət mərkəzində olmağı sevirlər. Valideynlərindən lazımi qədər sevgi, qayğı, diqqət görməyəndə pis hərəkətlərə əl atırlar. Nəticədə belə uşaqlarda diqqət çəkmək, özünütəsdiqə çalışmaq, özünü xatırlatmaq, valideynlərindən intiqam almaq istəyi yaranır. Bunlar hər uşaqda müxtəlif cür özünü göstərir. Xronoloji hal yavaş-yavaş digər vərdişlər də yaradır - məsələn, dırnaq yemə kimi”.

Sevinc

0