Zoğal ölkəmizdə yetişdirilən və hazırda mövsümü olan meyvələrdən biridir.
İlk növbədə təzə meyvə kimi istehlak edilən zoğal K, E, C, A vitaminləri və B qrupu vitaminləri olan tiamin, riboflavin və piridoksinlə zəngindir.
Hit.az xəbər verir ki, zoğal olduqca sağlıqlı meyvə olmaqla yanaşı, zərərli tərəfləri də var.
Belə ki, mədəsində turşuluğu yüksək olan insanlar üçün bu giləmeyvələrdən çox yemək tövsiyə edilmir.
Qaraciyər xəstəlikləri olan insanlar üçün də qadağandırlar.
Bununla yanaşı, zoğal mürəbbəsi, dadlı və müalicəvi xüsusiyyətləri ilə tanınsa da, yüksək şəkər, kalori və natrium tərkibi, potensial alerjenlər, qida rəngləndiriciləri və konservantlar kimi bəzi zərərləri də vardır.
Bu səbəblə, zoğal mürəbbəsini müntəzəm olaraq istehlak etmədən əvvəl, sağlamlıq vəziyyətinizi nəzərə alaraq, diqqətli olmaq və balanslı bir pəhrizdə yer vermək tövsiyə olunur.
Sevinc