Bəzi uşaqlarda boy problemi yaşanır. Həmin uşaqlar yaşıdlarından fərqli olaraq; boyu qısa olur.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır:
"Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir. Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır. Həmçinin, vaxtından erkən cinsi inkişafın başlaması da boy üçün riskli vəziyyətdir. Bu zaman cinsiyyət hormonlarının vaxtından erkən artması səbəbi ilə böyümə zonalarında sümükləşmə sürətlənir. Boy uzanması prosesin əvvəlində sürətləndiyi halda qığırdaqların erkən bağlanması nəticəsində yaşıdlarından əvvəl dayanır".
Sevinc